Tramp: Ölkələrin sahib olduqları nüvə silahından imtina etməsi çətindir Dünya

Tramp: Ölkələrin sahib olduqları nüvə silahından imtina etməsi çətindir

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ölkələrin artıq sahib olduqları nüvə silahından imtina etməsi çətindir.

Xalqcebhesi.az xəbər verir ki, Amerika lideri bu fikri rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə keçirilən üçtərəfli görüşdə səsləndirib.

"Açıq danışsaq, bunu etmək çox çətindir, çünki nüvə silahına sahib olanda onsuz qalmaq çox müşküldür. Ölkə lideri olaraq ondan imtina etmək olduqca çətindir. Ona görə də bunu etmək asan deyil", – deyə Donald Tramp bildirib.

Məryəm Quliyeva