Danimarka parlamenti ABŞ ilə Qrenlandiya üzrə təhlükəsizlik sazişini təsdiqləyib Gündəm

Danimarka parlamenti ABŞ ilə Qrenlandiya üzrə təhlükəsizlik sazişini təsdiqləyib

Danimarka parlamenti Qrenlandiya, ABŞ və Danimarka arasında Arktikada təhlükəsizlik üzrə yeni sazişi təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ritzau" agentliyi məlumat yayıb.

Sazişin lehinə 109 deputat səs verib, əleyhinə isə heç kim çıxmayıb.

Xatırladaq ki, noyabrın 3-də Qrenlandiya parlamenti (İnatsisartut) sentyabrın 22-də Nyu-Yorkda imzalanmış Qrenlandiya, ABŞ və Danimarka arasında Arktikada təhlükəsizlik sazişini dəstəkləyib. Bu sənəd 1951-ci il müqaviləsinin yenilənmiş versiyasıdır və adada amerikalıların hərbi bazalar yerləşdirməyi planlaşdırdığı iki məntəqəni — Narsarsuak və Mestersviqi müəyyən edir.

Məryəm Quliyeva