Kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Hadisə

Kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13000 manat dəyərində kombi və qazanxana avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Qəzənfər Quliyev müəyyən olunaraq saxlanılıb.