Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi Siyasət

Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Rusiya-Azərbaycan əməkdaşlığına dair bir sıra məsələlər, o cümlədən informasiya təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Məlumata görə, görüş zamanı hər iki tərəf 2022-ci il fevralın 22-də yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.