

Türkiyənin Bolu vilayətindəki Qartalqaya Xizək Mərkəzində hoteldə baş verən yanğınla bağlı hazırlanan ittihamnamə qəbul edilib.
Xalqcebhesi.az xəbər verir ki, ittihamnamədə 13 təqsirləndirilən şəxsə 1998 ilə qədər, 19 təqsirləndirilən şəxsə isə 22 il 6 aya qədər həbs cəzası istənilib.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub. Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.