Millimiz Litvaya məğlub olub İdman

Millimiz Litvaya məğlub olub

Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxıb.

Apasport.az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litva yığmasını qəbul edib.

Bayıl stadionunda təşkil olunan qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edib.

Yığmamız rəqibinə 5:0 hesabı ilə məğlub olub.

UEFA Millətlər Liqası
C Liqası
18:00. Azərbaycan - Litva - 0:5