

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzzaya davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Qeyd olunub ki, son 24 saat ərzində Qəzzada 72 nəfər ölüb, 278 yaralı xəstəxanalara çatdırılıb.
Bildirək ki, yanvarın 19-da Qəzzada əldə edilmiş atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 4058 fələstinlinin həyatını itirdiyi, 11729 nəfərin isə yaralandığı bildirilib.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 54 min 321 nəfərə, yaralı sayının isə 123 min 770 nəfərə yüksəldiyi bildirilib.