Məşhur türkiyəli müğənni öldü Mədəniyyət

Məşhur türkiyəli müğənni öldü

Dörd ildir xərçənglə mübarizə aparan türkiyəli müğənni Şimal vəfat edib.

Xalqcebhesi.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Xatırladaq ki, müğənniyə 2021-ci ildə döş xərçəngi diaqnozu qoyulsa da, ancaq o bu xəstəliyə qalib gəlmişdi. Bir müddət sonra isə müğənnidə yenidən xərçəng aşkarlanıb. 2024-cü ildə isə Şimal bu dəfə beyin şişi ilə mübarizə aparmalı olub.

39 yaşlı müğənni mayın 5-də vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildi. Ancaq o, müəlicə aldığı xəstəxanada dünyasını dəyişdi.