Təkrar sertifikasiyada iştirak edəcək müəllimlərin sayı açıqlandı Hadisə

Təkrar sertifikasiyada iştirak edəcək müəllimlərin sayı açıqlandı

8 minə yaxın müəllim təkrar sertifikasiyada iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

“Ötən il sertifikasiyada uğurlu olmayan 400-ə yaxını öz ərizəsi ilə işdən ayrılıb. Geri qalanları təkrar sertifikasiyada iştirak edəcək. Onlar üçün təlim təşkil ediləcək”, - deyə E.Bağırov bildirib.

Xəbər yenilənəcək