“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
22 May 2024 13:46
2 352
Böyük Qayıdış proqramının sürətlə reallaşması və işğaldan azad olunan bölgələrin təhlükəsiz vəziyyətə gətirilməsi üçün daxili işlər orqanlarının əməkdaşları fasiləsiz olaraq əzmlə çalışırlar.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş edirik ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in 102 Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər. Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.
30 Dekabr 18:03
1 638
30 Dekabr 18:01
1 393
30 Dekabr 17:36
1 498