Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
TÜRKPA Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyir
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
DİN: Bakıda məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladılıb
23 May 2024 15:52
2 842
Ağdərə rayonunda 5 məktəb yaradılacaq.
APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı”nda dəyişikliklər edilib.
Qərarda bildirilib ki, Ağdərə rayonunda aşağıdakı məktəblər yaradılacaq:
- Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi
- Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi
- Ağdərə rayonu Talış kənd tam orta məktəbi
- Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi
- Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi.
Eyni zamanda, qərara əsasən, “Tərtər rayonu Talış kənd uşaq bağçası” sözləri “Ağdərə rayonu Talış kənd uşaq bağçası” ilə əvəz ediləcək.