Gədəbəydə qonşularını döyən şəxslərlə bağlı araşdırma aparılır Hadisə

Gədəbəydə qonşularını döyən şəxslərlə bağlı araşdırma aparılır

Gədəbəy rayon Slavyanka kənd sakini S. Abbasova, İ. Ələkbərova və E. Abbasovun qonşuları tərəfindən döyülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov APA-nın sorğusuna cavabda bildirilib.

“İlkin araşdırmalar zamanı məlum ki, həmin şəxslərə qonşuları 1991-ci il təvəllüdlü Fərhad Alıyev, 1995-ci il təvəllüdlü Murad Alıyev şəxsi münasibətlər zəminində əlbəyaxa dava zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Məsələ ilə bağlı müvafiq ekspertiza təyin olunub, hazırda Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - o deyib.