21 Fevral 17:42
21 Fevral 14:58
Azərbaycanda 19 dərəcəyədək isti müşahidə olunub - FAKTİKİ HAVA
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Araqçi və Qrossi ABŞ-la danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar
Avstraliya İŞİD-lə əlaqəli şəxslərin ailələrinin geri qaytarılması barədə yeni məlumat yayıb
Rusiya Kiyev və vilayəti kütləvi şəkildə atəşə tutub, evlər yanır
3 Sentyabr 2024 11:54
2 702
Media nümayəndələri Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.
Media-turda jurnalistlərə bildirilib ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.
Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.
Qeyd olunub ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.
21 Fevral 16:24
1 694
21 Fevral 16:23
1 855
21 Fevral 16:22
1 673







