16 Mart 19:53
16 Mart 19:28
27 Sentyabr 2024 10:21
3 619
Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.
APA xəbər verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsi şəhidlərini yad etmək üçün II Fəxri xiyaban ziyarət edilir.
Anım Günü ilə əlaqədar Vətən uğrunda canlarını fəda edənlərin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanı ziyarət edir, məzarları önünə əklil və gül dəstələri qoyurlar.
Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb. Nəticədə Azərbaycanın Qarabağ bölgəsi işğaldan azad edilib.
27 Sentyabr şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda Anım Günü kimi qeyd edilir.
16 Mart 19:12
1 211
16 Mart 19:10
1 232
16 Mart 17:51
1 288