

5 Sentyabr 16:56
5 Sentyabr 16:49
5 Sentyabr 15:50
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
15:31
Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub.
Xalqcebhesi.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb.
Nəticədə bir nəfər azyaşlı ölüb, üç nəfər isə yaralanıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Xaçmazda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.
Məlumata görə, 1958-ci il təvəllüdlü Fərhad Ağamurad oğlu Dəmirov, 1958-ci il təvəllüdlü Z.Əmirbəyova və 1991-ci il təvəllüdlü Z.Soltanova müxtəlif xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza nəticəsində birinci sinif şagirdi R.Vəliyev aldığı ağır bədən xəsarətlərindən ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.