Lord Anas Sarvar: Azərbaycanla strateji tərəfdaşlıq enerji və liman infrastrukturunu əhatə edəcək
Dövlət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik
Pekindən Qərbə sərt cavab: "İrana peyk kəşfiyyatı verməmişik"
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - YENİLƏNİB
Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib
22 Yanvar 2025 00:42
4 333
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərə başsağlığı ünvanlayıb.
Xalqcebhesi.az xəbər verir ki, başsağlığında qeyd olunur:
"21 yanvar tarixində, Bolu vilayətinin Qartalqaya dağ-xizək mərkəzinin otelində baş verən faciəvi yanğın nəticəsində 66 nəfər insanın həyatını itirməsi və çox sayda insanın xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.
Baş vermiş faciəyə görə Sizin, həlak olanların ailələrinin və yaxınlarının dərdlərinə şərik olur, xəsarət alanlara şəfa diləyir, Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
Qeyd edək ki, yanğında həlak olanların sayı artıq 76-ya qalxıb.