Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Danimarka XİN rəhbəri ABŞ ilə Qrenlandiya üzrə sazişin əldə olunacağına ümid edir
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
İran XİN: Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək
6 Fevral 2025 20:07
2 933
Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda Türkiyə Respublikasından idxal olunan yüklərə gömrük yoxlaması tətbiq edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Yoxlama zamanı alkoqollu içkilərə aid olan və gömrük orqanına bəyan edilməyən 1 litrlik üçün 30000 ədəd, 0,75 litrlik üçün 125000 ədəd, 0,5 litrlik üçün 55000 ədəd, 0,25 litrlik üçün 290000 ədəd olmaqla, cəmi 500000 ədəd saxta aksiz markası və 49900 ədəd nişanlar (QR kodlar) aşkar olunaraq götürülüb.
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi tərəfindən hüquqpozma faktını törədən şəxslərin əhatə dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri üçün müvafiq tədbirlər həyata keçirilir.

