Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
6 Fevral 2025 23:21
2 331
Azərbaycanlı gənc Elvin Əhmədov Yunanıstanda həbs edilib.
Xalqcebhesi.az xəbər verir ki, bir aydan çoxdur ki, həbsdə saxlanılan İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov "Xəzər Xəbər"ə bu barədə açıqlama verib.
O, telefon zəngində bildirib ki, 5 aydır nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış.
O deyib ki, işi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.
Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderius həbsxanasında saxlanılan Elvin iddia edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.
Ətraflı süjetdə:
30 İyun 22:01
994
30 İyun 21:58
952
30 İyun 19:11
1 148