17 Dekabr 23:42
Əhməd İsmayılov: Türk dövlətləri sistemli informasiya təhdidlərinə məruz qalır
Türkiyə PA: Qarabağ zəfərinə informasiya savaşında dəstək verdik
Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib
Burhanettin Duran: Dezinformasiya Türk dövlətlərinin milli təhlükəsizliyinə birbaşa təhdiddir
17 Aprel 13:09
2 023
Aprelin 18-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.