

21 May 23:08
21 May 17:43
21 May 16:23
M.Hüseynova: "Ermənilərin təşvisinə heç bir əsas yoxdur bizim mərkəz elmi mərkəzdir burada silah yox elmi informasiyalar və araşdırmalar istehsal olunur".
Bədnam azərbaycanofob jurnalist, Amerika Erməni Milli Komitəsinin muzdlusu Lindzi Snell və ona istinadən Ermənistan mətbuatı ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumat yayıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova məlumat verib.O, bildirib ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorlugu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti Ermənistanda təşvis doğurur davamlı olaraq bizim fəaliyyətimiz barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya bizim Mərkəzdə saxta xəritə düzəldilib və erməni toponimləri dəyişdirilib. Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları ərazisində yaradılması tarixşünaslıq tərəfindən öz təsdiqini tapmış faktir.Ancaq ermənilərin təşvisinə heç bir əsas yoxdur bizim mərkəz elmi mərkəzdir burada silah yox elmi informasiyalar və araşdırmalar istehsal olunur.Biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik bizi bu yolda heç kim döndərə bilməz.