TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub Hadisə

TAP-ın Yunanıstan üzrə yeni meneceri təyin olunub

Katerina Papaleksansdri TAP-ın Yunanıstan üzrə meneceri təyin olunub.
TAP konsorsiumundan verilən məlumata görə, menecer bu ilin sentyabr ayından etibarən öz vəzifəsinin icrasına başlayacaq.
Papaleksansdri Riçard Skufiası əvəzləyəcək.
Katerina Papaleksansdrinin energetika sahəsində 20 illik iş təcrübəsi var. O, TAP konsorsiumuna 1998-ci ildən işlədiyi və bir sıra rəhbər vəzifələrdə işlədiyi BP-dən qoşulub.
2015-ci ildən etibarən Papaleksansdri "Cənub Qaz Dəhlizi" QSC-də baş kommersiya meneceri kimi fəaliyyət göstərib.