

1 Sentyabr 12:50
1 Sentyabr 12:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Son zamanlar ölkənin bəzi meşə ərazilərində yaşıllıqlara zərər vuran Amerika ağ kəpənəyi (Hyphantria cunea) və Qəhvəyi mərmər bağacığı zərərvericilərinin (Halyomorpha halys) yayılması halları müşahidə olunur.
Xalq Cəbhəsi xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, zərərvericilərin yayılmasının və sağlam ağaclara keçməsinin qarşısını almaq məqsədilə hazırda aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir, meşələrdə müşahidə və monitorinqlər aparılır, kimyəvi və mexaniki mübarizə üsullarından istifadə edilir: “Aparılan müşahidələr göstərir ki, bu zərərvericilər təkcə meşələrə deyil, həm də kənd təsərrüfatı bitkilərinə ziyan vurur, məhsuldarlığın azalmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur”.
V.Fərzəliyevin sözlərinə görə, Amerika ağ kəpənəyi ağacların yarpaqlarını qısa müddətdə məhv etməklə onların inkişafını zəiflədir. Qəhvəyi mərmər bağacığı isə xüsusilə fındıq, qoz və meyvə ağaclarına zərər verərək həm məhsuldarlığı azaldır, həm də ağacların xəstəlik və digər zərərvericilərə qarşı müqavimətini zəiflədir.