İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb Dünya

İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb

İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb.

Bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat verib.

"Əməliyyat çərçivəsində zərbələri gücləndirməyə hazırlaşırıq və məhz bu səbəbdən sizi buraya çağırmışıq. Artıq Qəzzada quru əməliyyatına başlamışıq", – deyə Zamir son həftələrdə hərbi xidmətə çağırılmış ehtiyatda olan hərbçilərə müraciətində bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu da çərşənbə axşamı ehtiyatda olan hərbçilərə müraciət ünvanlayıb.

"Mən sizə – İsrail Müdafiə Ordusunun əsgərlərinə, ehtiyatçılara və ailələrinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Hazırda biz həlledici mərhələdəyik. Sizə inanıram, sizə güvənirəm və bütün xalq sizi dəstəkləyir", – deyə Netanyahu videomüraciətində qeyd edib.