

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov krallığın sənaye və ticarət naziri Ryad Mezzur ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Mərakeş arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə sənaye və ticarət sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Bu baxımdan, 2023-cü ildə Rabat şəhərində keçirilmiş Azərbaycan–Mərakeş hökumətlərarası birgə komissiyasının son iclasının əhəmiyyəti xüsusilə qeyd edilib.
Tərəflər həmçinin 2024-cü ilin avqust ayından qüvvəyə minmiş vizasız gediş-gəliş rejiminin iki ölkə arasında turizm sahəsi ilə yanaşı, ümumilikdə iqtisadi əməkdaşlığın inkişafı üçün yaratdığı əlverişli şəraiti yüksək qiymətləndirib, bu istiqamətdə praktiki addımların atılmasını təmin edəcək tədbirlər planı ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı investisiya qoyuluşu üçün mövcud geniş potensial vurğulanıb, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və hüquqi bazanın daha da təkmilləşdirilməsi imkanları əsas müzakirə mövzularından biri olub.