

Xaçmaz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun 29-cu km-də - rayonun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.
Ceyhun Həsrətov "Prius"markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətdə Elman Abdulkərimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb.
Qəza zamanı hər iki sürücü və sərnişin Zümrüd Abdulkərimova xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.