

NATO Litva-Belarus sərhədində genişmiqyaslı hərbi təlimlərə başlayıb
Aİ rəsmisi: Gürcüstanın avrointeqrasiya yolu təhlükəyə atılır
ING: Azərbaycanın suveren istiqrazları investorların marağını cəlb etməkdə davam edir
Azərbaycanın qızlardan ibarət 3x3 basketbol milisi MDB Oyunlarında finala vəsiqə qazanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 216 minmanatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
9 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 7 milyon 928,2 min manat təşkil edib.