

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbirinin məlumatına görə, rayonun Qaraqoyunlu kəndində "Hyundai" və "VAZ" markalı minik avtomobiləri toqquşub. Bundan sonra idarəetmədən çıxan "Hyundai" piyada Nazilə Cəfərovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.