Narışkin: “Tomahawk”ların Ukraynaya tədarükü qlobal təhlükəsizlik üçün ciddi riskdir Hadisə

Narışkin: “Tomahawk”ların Ukraynaya tədarükü qlobal təhlükəsizlik üçün ciddi riskdir

"Tomahawk" qanadlı raketlərinin Ukraynaya tədarükü qlobal təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə artıracaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya "Tomahawk"ların tədarükünə düşmən addım kimi baxacaqdı:"Rusiya “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü düşmənçilik aktı kimi qəbul edəcək və bu, qlobal təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə artıracaq".

Narışkin qeyd edib ki, ötən gün Rusiya Federasiyası və ABŞ prezidentləri arasında telefon danışığı zamanı “Tomahawk” raketləri məsələsi qismən müzakirə olunub.