Yaponiyanın keçmiş Baş naziri vəfat edib Dünya

Yaponiyanın keçmiş Baş naziri vəfat edib

Yaponiyanın keçmiş Baş naziri Tomiiçi Murayama vəfat edib.

APA-nın “Kyodo” xəbərlər agentliyinə istinadən verdiyi xəbərə görə o, 101 yaşında dünyasını dəyişib.

Murayama 47 ildən sonra Yaponiyada ilk sosialist baş nazir idi. O, uzun illər siyasi rəqib olan Sosial Demokrat Partiyası ilə mühafizəkar Liberal Demokrat Partiyasına rəhbərlik edib.