

İki həftə əvvəl maşınla vurulan piyada ölüb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Seyidov idarə etdiyi “Mercedes 208D” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1949-cu il təvəllüdlü Şirvan Ağayevi vurub.
Piyada xəstəxanaya çatdırılsa da, o, hadisədən iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.