Zəngilanın 15 yaşlı sakini: Yaşayacağım hissləri təsəvvür etmək çətindir Hadisə

Zəngilanın 15 yaşlı sakini: Yaşayacağım hissləri təsəvvür etmək çətindir

“Ailəm – anam, atam, qardaşım və nənəmlə birlikdə Vətənə qayıdıram. Orada hansı hissləri yaşayacağımı təsəvvür etmək çətindir. Çünki heç vaxt o yerlərdə olmamışam, amma həmişə haqqında çox eşitmişəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Gülnar Süleymanova deyib.

O, həmçinin şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edib.