10:00
686
ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanı yenidən lava püskürməyə başlayıb. Xüsusilə bu gün və 25 Noyabr Çərşənbə axşamı arasında yeni və güclü lava püskürməsi hadisəsi ehtimalının çox yüksək olduğu açıqlanıb.
Xalqcebhesi.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidmətinə (USGS) bağlı olan Havay Vulkan Rəsədxanası, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea bölgəsində lava axınının yenidən başladığını açıqlayıb.
ABŞ Geoloji Xidməti vulkan fəaliyyətinin davam etdiyini və xüsusilə bu gündən 25 noyabr çərşənbə axşamı tarixinə qədər yeni və güclü lava püskürməsi ehtimalının çox yüksək olduğunu bildirib.
Havay adalarının Böyük Adasındakı qorunan ərazi olan Volkanlar Milli Parkında yerləşən Kilauea dünyanın ən aktiv vulkanlarından biridir. Təxminən bir ildir ki, fasilələrlə fəaliyyət göstərir və bu qarşıdan gələn püskürmə ötən ilin dekabrından bəri 37-ci püskürmə olacaq.
Məryəm Quliyeva