21 Noyabr 23:00
21 Noyabr 22:50
21 Noyabr 22:38
08:16
476
Tramp administrasiyası nəhayət ki, Rusiyaya sanksiyalarla təzyiq etmək yolunu tutdu, Ukraynaya digər Qərb dövlətləri hesabına silah satmağa razılaşdı, hər şey normal görünür... Və birdən-birə naməlum sülh planı peyda olur, Ukrayna buna təcili razılıq verməlidir.
Bir-iki gün ərzində bunun Putinin əlaltıları olan Vitkoff və dostu Dmitriyevin planı, yoxsa hansısa şəxsi təşəbbüsləri olduğu qətiyyən bilinmir, lakin sonra Vaşinqton 28 bəndlik planın olduğunu təsdiqləyir.
Bunu xalqcebhesi.az-a
Intermarium İnstitutunun direktoru, politoloq Valentin Qayday deyib.
"Birincisi, onlar bizi sülhə yaxınlaşdırmır, əksinə, gələcəkdə 2-3 il ərzində, xüsusən də Avropada qlobal münaqişəni reallaşdırırlar. İkincisi, bunlar Trampın 28 bəndi deyil.
Görünür, o, Vitkoffun simasında həqiqətən güclü rus lobbisi ilə əhatə olunub. Əks halda, bu sənədin gözlənilməz görünüşünü izah etməyin başqa yolu yoxdur" - politoloq deyib.
O, qeyd edib ki, ancaq Ağ Evin rusiyayönlü qanadı Ukraynanı yenidən təslim olmağa məcbur etmək niyyətində idisə, bu, səhv hesablanıb. Aydındır ki, amerikalılar Zelenski ilə bağlı korrupsiya qalmaqalından istifadə etmək istəyirdilər, lakin səhv hesab etdilər:
"Birincisi, Ukrayna korrupsiya yuvasıdır və cəmiyyətimiz bu cür qalmaqallara öyrəşib. İkincisi, Zelenski nəinki rüşvətxor məmurları ört-basdır etmədi, həm də ən azı açıq şəkildə onların mühakimə olunmasına icazə verdi.
Üçüncüsü, Ukrayna hazırda əlverişsiz şərtlərə sürüklənəcək vəziyyətdə deyil, çünki əvvəlki danışıqlardan sonra cəbhədə köklü heç nə dəyişməyib... ".
Cavid