Kurban Berdıyev: "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara imkan yaratdım"
Ukrayna Qara Dənizdə Rusiya gəmisinə hücumda rolunu təkzib edib
Cəlilabadda ovçuluq təsərrüfatında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib
17:38
343
“Meydan" TV işi üzrə məhkəmə başlayır.
APA-nın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Aytən Əliyevanın icraatına verilib.
Hazırlıq iclası dekabrın 12-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.
Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
Mart ayında Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.
Avqust ayında isə foto-müxbir Əhməd Muxtar saxlanılıb.