“Avropa-Rusiya qarşıdurması qaçılmaz görünür”
2 Dekabr 21:02
2 Dekabr 21:02
2 Dekabr 20:44
2 Dekabr 20:30
10:57
385
Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Aktau Hava Limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq son mərhələdədir, nəticələr 2025-ci ildə və ya 2026-cı ilin əvvəlində təqdim edilə bilər.
APA-nın “Zakon.kz”ya istinadən xəbərinə görə, bu barədə bu gün Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişini şərh edərkən bildirib.
Onun sözlərinə görə, istintaq iki hissəyə bölünür. Baş Prokurorluğun apardığı cinayət araşdırması var ki, Qazaxıstan tərəfi rusiyalı və azərbaycanlı həmkarları ilə əlaqə saxlayır: “İkinci hissə isə Nəqliyyat Nazirliyinin istintaqı ilə bağlıdır. Nəqliyyat Nazirliyinin istintaqı son mərhələdədir. Buna görə də, biz indi lisenziyalaşdırıcılardan və ya texnologiya sahiblərindən, hava naviqasiya cihazlarından və s. son nəticəni gözləyirik”.
Baş Prokurorluğun istintaqına gəlincə, Bozumbayev qeyd edib ki, “orada da irəliləyiş var”.
“Siz qonşu dövlətlərin müxtəlif liderlərinin bəyanatlarını görmüsünüz. Buna görə ümid edirik ki, gələn il də orada (istintaq) başa çatacaq”, - Baş nazirin müavini əlavə edib.
Bundan əvvəl Bozumbayev bildirib ki, istintaqla bağlı yekun hesabat ilin sonuna qədər hazır olmalıdır, çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatının reqlamenti istintaq qarşısında bu cür tələblər qoyur.
Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. Hadisə Azərbaycanın və Rusiyanın münasibətlərində gərginlik yaratmışdı, çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi bildirilib.