Şəmkirdə mikroavtobus su kanalına aşıb: 6 nəfər xəsarət alıb - FOTO Hadisə

Şəmkirdə mikroavtobus su kanalına aşıb: 6 nəfər xəsarət alıb - FOTO

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Şəmkirdə mikroavtobus su kanalına aşıb: 6 nəfər xəsarət alıb - FOTO