İbn Haldun Universitetinin professoru: Qərbi Azərbaycana qarşı tarixi ədalətsizlik baş verib Hadisə

İbn Haldun Universitetinin professoru: Qərbi Azərbaycana qarşı tarixi ədalətsizlik baş verib

Azərbaycanlılar öz tarixi torpaqlarından çıxarıldığı birinci deportasiya dalğası 1905–1906-cı illərdə, daha sonra 1918–1920, 1948–1953 və 1987–ci illərdə baş verib.

APA xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın panel sessiyasında İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru professor Yaşar Sarı deyib.

O qeyd edib ki, deportasiya prosesi həm Çar imperiyası dövründə, həm də Sovet İttifaqı zamanında baş verib: “Qərbi Azərbaycanlılar öz tarixi torpaqlarından tamamilə çıxarılıblar. Bu yolla demoqrafik struktur köklü şəkildə dəyişdirilib. Bu səbəbdən Qərbi Azərbaycana qarşı tarixi ədalətsizlik baş verib”.

Y.Sarı bildirib ki, ilk olaraq həmin insanların öz vətənlərinə qayıtmaq hüququnu vurğulayan hüquqi sənədlərə diqqət yetirmək lazımdır.