Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
12 Dekabr 2025 12:16
1 722
Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyanın həqiqi üzvü olaraq qalmasına imkan vermir.
APA xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, AMEA-da Ramiz Mehdiyevin üzvlük məsələsinə baxılacaq və lazımi qiymət veriləcək: “Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər, barəsindəki ittihamlar onun akademiyanın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə Akademiyada baxılacaq və lazımi qərar qəbul ediləcək”.
Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.