Dekabrda 5 milyon manatlıq qaçaqmal dövriyyədən çıxarılıb Hadisə

Dekabrda 5 milyon manatlıq qaçaqmal dövriyyədən çıxarılıb

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin 2025-ci ilin dekabr ayı üzrə icmalında qeyd olunub.

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32 min 289 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.