“907-ci maddə Azərbaycan-ABŞ münasibətlərinə ləkədir” Siyasət

“907-ci maddə Azərbaycan-ABŞ münasibətlərinə ləkədir”

“907-ci maddə Azərbaycan-ABŞ münasibətlərinə bir ləkədir və bu maddə erməni lobbisinin təsiri altında yaranıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

F.İsmayılzadə bu maddənin Azərbaycan-ABŞ münasibətlərinə heç də layiqli bir qiymət vermədiyini vurğulayıb: “Bu, Azərbaycanın ABŞ-yə antiterror müharibəsində göstərdiyi dəstək, Əfqanıstanda sülhməramlı missiya çərçivəsində olan dəstək, bütün bu illər ərzində əməkdaşlıq, o cümlədən energetika sahəsində əməkdaşlıq çərçivəsinə heç də uyğun gəlmir. Ona görə də bu maddəni Konqresdə səsverməyə çoxdan çıxarmalı və ləğv etməli idilər. Təəssüf ki, Bayden administrasiyası buna laqeyd yanaşdı. Amma indiki dövrdə yeni bir fürsət açılıb. Biz çox ümid edirik ki, bu, birdəfəlik ləğv olunacaq və Azərbaycan-ABŞ münasibətlərinə ləyaqətli, ədalətli qiymət veriləcək”.

Röya İsrafilova