28 Avqust 14:41
28 Avqust 13:48
7 Yanvar 12:43
3 948
Türkiyənin "Fənərbağça" klubu qış transfer pəncərəsində növbəti futbolçunu heyətinə qatıb.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi Metteo Genduzinin keçidi üçün "Latsio" ilə anlaşıb.
Razılığa əsasən, Türkiyə nəhəngi İtaliya klubuna 28 milyon avro təzminat ödəyəcək.
Fransa millisinin üzvü olan yarımmüdafiəçinin yaxın günlərdə İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Matteo Genduzi karyerası ərzində ölkəsinin PSJ, "Loryan" və "Marsel" klublarında, eləcə də İngiltərənin "Arsenal" və Almaniyanın "Herta" komandalarında çıxış edib. Futbolçu Fransa yığmasında 14 oyun keçirib və 2 qol vurub.
28 Avqust 18:30
903
28 Avqust 16:14
980
28 Avqust 15:51
1 050