Cəbhə xəttində vəziyyət gərginləşib Hadisə
Ermənistanın itkilərlə bağlı faktları gizlətdiyi ortaya çıxdı
Düşmən tərəf 11 itki verib, yaralananların sayı isə 3 nəfərdir
Azərbaycan ordusu 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində ardıcıl genişmiqyaslı təlimlər keçirir. Təlimlər zamanı müasir döyüş üsullarının istifadəsi ilə zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki döyüş atışları keçirilib, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə sistemlərinin tətbiqi icra edilib.
Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin uzlaşdırılması və təminatın təşkili öyrənilib, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.
Təlimlərin keçirildiyi bir vaxtda cəbhə xəttində də gərginlik artmaqdadır. Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində təkcə son sutka ərzində atəşkəs rejimi ümumilikdə 60 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Təlimlərin intensivləşməsi və cəbhə xəttində gərginliyin artması fonunda Azərbaycanın özünün hərbi texniki təhcizatını möhkəmləndirmək istiqamətində tədbirlər həyata keçirməsi, xüsusilə Rusiyada iri həcmdə texnika və silahlar alması ermənilərdə ciddi narahatlıq yaradıb.
Ermənistan parlamentinin deputatı, keçmiş nazir müavini Manvel Qriqoryan Rusiya T-90S tanklarının Azərbaycana satılmasını siyasiləşdirməməyi və bu sazişə görə narahat olmamağı ifadə edib. Əlbəttə ki, daxili auditoriyaya istiqamətlənmiş bu kimi bəyanatlar Ermənistan rəhbərliyinin əndişəsini gizlədə bilməz.
Ermənistan rəhbərliyinin cəbhə xəttində diversiya fəaliyyətləri zamanı itkiləri ilə bağlı real faktları gizlətməsi də bu qəbildəndir. Qeyd edək ki, "Trend"in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin son bir neçə ay ərzində xeyli sayda döyüş və qeyri-döyüş itkiləri olub. Rəsmi İrəvanın hərbi-siyasi rejimi qısa müddət ərzində Azərbaycan Silahlı Qüvvələri ilə təmas xəttində baş vermiş çoxsaylı itkiləri Ermənistan ictimaiyyətindən gizlətməyə cəhd edir.
"Trend" aparılan araşdırmalar zamanı hətta Ermənistan Silahlı Qüvvələrinin itkilərinin adlı siyahısını da əldə edə bilib.
Belə ki, Ermənistan Müdafiə Nazirliyi ciddi cəhdlə ölüm və yaralanma hallarını ört-basdır etməyə çalışır. Lakin əldə olunan məlumatlara əsasən, qarşı tərəfin qısa müddət ərzində verdiyi itkilərin sayı onlarla ölçülür. Məlum olub ki, cəbhə xəttində azəşkəsin pozulması, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin postlarına basqın və kəşfiyyat-diversiya cəhdlərinin qarşısının alınması zamanı, eləcə də ermənilərin öz aralarında baş verən insidentlər, nizamnamədən kənar hərəkətlər nəticəsində düşmən tərəfindən ölənlərin sayı 11, yaralananların sayı isə 3 nəfər olub.
Həlak olanlar podpolkovnik Qarik Balyan, baş leytenant Arutyun Safaryan, leytenant Araik Babayan, yefreytor Erik Qasparyan, o cümlədən əsgərlər Artur Oqancanyan, Armen Ovannisyan, Edik Şahnəzəryan, Karen Qalstyan, Arman Qukasyan, Qarnik Torosyan, Nerses Karapetyandır.
Düşmənin Mqer Xlqatyan, Varazdat Zakaryan, Aşot Qriqoryan adlı hərbi qulluqçuları isə yaralanaraq sıradan çıxıblar.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan da mayın 28-də baş vermiş insidentdə erməni yefreytoru Erik Qasparyanın öldüyünü və konkret ad-soyad çəkmədən yaralananların olduğunu təsdiq etməyə məcbur olub.
Lakin müxtəlif mənbələrdən əldə edilən məlumatlar göstərir ki, bu faktlar həqiqəti tam əks etdirmir. Belə ki, müxtəlif səbəblərdən həlak olan və yaralananların sayı ermənilər arasında xaos yaranmaması üçün bir neçə dəfə azaldılır.
Yeri gəlmişkən, Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov jurnalistlərə açıqlamasında cəbhə xəttində baş verənlərdən danışıb: "Ermənistan tərəfi bu günlərdə təmas xəttində təxribat törətmək istəyib və layiqli cavabını alıb".
O bildirib ki, təxribatlar davam edərsə, qarşı tərəf hər dəfə layiqli cavabını alacaq.
Nazir Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etdiyini xatırladıb: "BMT-nin 4 qətnaməsi var ki, ermənilər bizim işğal olunan torpaqlarımızı qeyd-şərtsiz azad etməlidir. Təəssüflər olsun ki, işğal davam edir. Buna görə də Azərbaycan məcburdur ki, özünün silahlı qüvvələrini gücləndirsin. Hazırda Azərbaycan Silahlı Qüvvələri ən müasir silah, texnika və avadanlıqla təchiz olunub. Bu gün Azərbaycan işğal olunmuş torpaqlarını azad etməyə qadirdir. Ancaq Azərbaycan dövlətinin rəhbərliyi bu məsələni sülh yolu ilə həll etməyin tərəfdarıdır".
Onu da xatırladaq ki, son bir həftə ərzində erməni kəşfiyyat-diversiya qrupu Füzuli istiqamətində ön postlarımızdan birinə iki dəfə hücuma keçib. İlk hücumda 3 əsgərimiz yaralanıb, ikinci hücumda isə iki əsgərimiz şəhid olub, 1 nəfər isə yaralanıb. Ermənistan Müdafiə Nazirliyi isə birinci atışmada şəhid vermədiklərini bildirsələr də, ertəsi gün Azərbaycan snayperinin açdığı atəş nəticəsində bir nəfər zabitinin öldüyünü bildirdi. İkinci diversiya əməliyyatının qarşısının alınması barədə məlumatda isə Azərbaycan Müdafiə Nazirliyi ermənilərin itkiləri olduğunu bildirsə də, say açıqlamadı. Ermənistan Müdafiə Nazirliyi isə rəsmi açıqlamada yalnız bir ölüm olduğunu bəyan etdi və bundan sonra ermənilərin verdiyi itkiləri gizlətdiyi şübhələri yaranıb.
Rusiyanın Azərbaycana hərbi texnika satması da İrəvanda vahimə yaradıb. Lakin Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin jurnalistlərə Azərbaycana Rusiya istehsalı olan T-90S tanklarının satılması məsələsini şərh edərkən deyib ki, Azərbaycana silah satışı sadəcə kommersiyadır: "Bu, kommersiya məsələsidir. Burada siyasət yoxdur, belə məsələlərə xüsusi diqqət yönəltməyə ehtiyac yoxdur. Mən burada hər hansı kriminal görmürəm, dəhşətli bir şey baş verməyib. Ermənistanla da bizim hərbi-texniki sahədə əlaqələrimiz, ticarətimiz genişlənir. Burada qeyri-adi heç nə yoxdur".
Bütün bu faktorlar - cəbhə bölgəsində təlimlər, tez tez atəşkəsin pozulması, həmsədrlərin qeyri-ciddi fəaliyyəti nədən xəbər verir? Müharibə ehtimalı varmı?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bildirdi ki, son vaxtlar cəbhə xəttində vəziyyətin gərginləşməsi, atəşkəs rejiminin pozulması istər Azərbaycanda, istərsə də Ermənistanda ciddi narahatlıqlara səbəb olmaqdadır: "Amma bir qayda olaraq cəbhədə vəziyyəti gərginləşdirən tərəf Ermənistandır. Hər iki tərəfin götürdüyü öhdəliklərə baxmayaraq, Ermənistan tərəfinin atəşkəs rejimini pozması artıq mütəmadi hal almaqdadır. Ermənistan rəhbərliyi bununla ölkə daxilində xof yaratmaqla vəziyyəti nəzarətdə saxlamağa çalışır. Ümumiyyətlə isə münaqişənin həllinin yubadılması müharibə riskini artırmış olur".
Əli