Nardaranda dəm qazından zəhərlənən ər ölüb, arvadının vəziyyəti ağırdır Hadisə

Nardaranda dəm qazından zəhərlənən ər ölüb, arvadının vəziyyəti ağırdır

Bakıda ər və arvad dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Məlumata görə, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.