İrandan Rusiyaya kahı aparan yük maşınında 79 kq marixuana aşkarlanıb
Serbiyada Prezident Vuçiçə sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib - VİDEO
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
08:08
665
ABŞ Müharibə Nazirliyi hərbçilərə məxfi sistemlərdə süni intellekt əsaslı "Grok" çat-botundan istifadə etməyə icazə verib.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, İlon Maskın "xAI" şirkəti ilə Pentaqon arasında imzalanmış razılaşma hərbçilərə "Grok" modelini məxfi sistemlərdə tətbiq etməyə imkan verir.
Həmin sistemlər kəşfiyyat məlumatları, silahların hazırlanması və döyüş əməliyyatlarının planlaşdırılması ilə bağlıdır.
Portal qeyd edir ki, indiyədək Pentaqon bu cür sistemlərdə yalnız "Anthropic" şirkətinin hazırladığı "Claude" adlı süni intellekt modelinin istifadəsinə icazə verirdi.
Hazırda ABŞ Müdafiə Nazirliyi "Anthropic" ilə əməkdaşlığın dayandırılması imkanını nəzərdən keçirir.
Buna səbəb şirkətin "Claude" modelinin hərbi məqsədlərlə istifadəsinə müəyyən məhdudiyyətlərin saxlanılmasında israr etməsidir.
Pentaqon süni intellekt sahəsində əməkdaşlıq etdiyi şirkətlərdən onların texnologiyalarının “qanuni olan bütün məqsədlər üçün” istifadəsinə imkan verilməsini tələb edir.