Supulunu verməyənlər məsuliyyətə cəlb olunacaq Hadisə

Supulunu verməyənlər məsuliyyətə cəlb olunacaq

Milli Məclisin dünənki iclasında "Su təhcizatı və tullantı suları haqqında" Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Deputat Əli Hüseynli bildirib ki, indiyədək digər kommunal xərcləri ödəməyənlər məsuliyyətə cəlb olunurdusa, bundan sonra supulunu ödəməyənlər də məsuliyyətə cəlb olunacaq.
"Bundan başqa, su şəbəkəsinə qanunsuz qoşulanlar da 300 manatdan 700 manatadək cərimə olunacaqlar".
Qanun layihəsi qəbul edilib.