Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
28 Aprel 11:03
2 506
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Educolour Education Centerin təsisçisi və direktoru, Beynəlxalq Təhsil və İnkişaf Platformasının qurucusu Aysel Məmmədova ilə online formatda görüş keçirib.
Görüş zamanı Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə təhsil sahəsində mümkün əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb.
Aysel Məmmədova beynəlxalq təhsil sərgilərinin təşkili və bu platformaya Mərkəzi Asiya universitetlərinin cəlb olunması ilə bağlı təşəbbüs irəli sürüb.
Deputat Azər Allahverənov təşəbbüsü yüksək qiymətləndirərək onun region ölkələri arasında təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib. O, bu istiqamətdə zəruri dəstəyin göstərilməsinin vacibliyini vurğulayaraq, Türk dövlətləri və Mərkəzi Asiya ölkələrinin müvafiq qurumları, QHT-ləri və universitetləri ilə əlaqələrin qurulması, danışıqların aparılması və təşəbbüsün praktik müstəvidə reallaşdırılması üçün lazımi addımların atıla biləcəyini qeyd edib.
Tərəflər əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və konkret layihələr üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
Cavid
30 İyun 22:01
1 092
30 İyun 21:58
1 050
30 İyun 19:11
1 190