“Azərişıq” ASC qalib elan edildi Hadisə

“Azərişıq” ASC qalib elan edildi

20 dekabr tarixdə Boulevard Hoteldə Milli İnternet mükafatının Yekun Təqdimat mərasimi keçirilib

Tədbirdə ölkənin İnternet və İKT ictimaiyyətinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Tədbirdə MilliNet2017 Qaliblərinin və fərqlənənlərin adları açıqlanıb:
"AZƏRİŞIQ" ASC E-gov Mobil tətbiqləri nominasiyasında 1-ci yerin qalibi elan olunub.

Tətbiqi mobil istifadəçilərin rahat şəkildə
- Elektrik enerjisi sərfiyyatlarını görməyə;
- Elektrik enerjisinə görə aylıq fakturaları izləməyə;
- Elektron müraciət etməyə;
- Elektrik enerjisi borcunu online ödəməyə;
- Smart sayğac istifadəçilərinin online balanslarını öyrənməyə;
- Smart sayğacının balansını artırmağa və s. xidmətlərə görə

Yükləmə linkləri:

IOS Apple Store https://itunes.apple.com/ca/app/az-ris-q/id1107505249?mt=8
Android Playstore https://play.google.com/store/apps/details?id=az.hb.azerishiq

Fəaliyyətinin beynəlxalq standartlara uyğun quran "Azərişıq" ASC istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə etməklə istehlakçılara yüksək keyfiyyətli xidmət verilməsinə nail olmuşdur:
1) Əhali və qeyri əhali qrupu sifarişçilər üçün onlayn Texniki Şərt müraciəti
2) Texniki Şərt üçün olunan müraciətlərin nəticələrinə onlayn baxılması xidməti
3) Elektron Müraciətlər (şikayətlər, təkliflər, istəklər və s kimi müraciətlər nəzərdə tutulur)
4) Elektron Borc Öyrənmə
5) Elektron abonent kodu öyrənmə
6) Onlayn Ödəmə xidmətləri
7) [email protected] e-mail ünvanına daxil olmuş bütün müraciətlər qısa müddətdə cavablandırılır.
8) Elektron Faktura (son 1 il ərzində enerji sərfiyyatı və ödənilən məbləğləri əldə etmək olur)
9) ELEKTRON HÖKUMƏT (e-gov.az) portal ilə inteqrasiya edilmişdir. Elektron imza kartı vasitəsi ilə sistemə daxil olmuş abonent təqdim olunan xidmətlərdən onlayn faydalana imkanı yaradılmışdır.
10) Müştəri portalı.

Həmçinin "Asan Kommunal" mərkəzində "Azərişıq" ASC tərəfindən göstərilən xidmətlər:
1) Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması
2) Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənədin verilməsi
3) Əhali istehlakçısının ad dəyişdirilməsi
4) Qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi
5) Qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi
6) Smart kartların bərpası və yenisinin verilməsi
7) Abonentin geniş tarixçəsinin verilməsi
8) Qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması
9) Sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu
10) Smart karta ödənişin yüklənməsi