Burkhalter azərbaycanlı məcburi köçkünlərlə görüşüb Hadisə

Burkhalter azərbaycanlı məcburi köçkünlərlə görüşüb

Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter bir qrup azərbaycanlı məcburi köçkünlə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iştirak edib.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinə Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.