21 Avqust 13:24
21 Avqust 12:17
21 Avqust 11:44
8 İyun 09:10
1 750
Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, iyunun 8-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Parlament prospekti, Mikayıl Müşviq, Kazım Kazımzadə, İsmayıl bəy Qutqaşınlı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək İlham Müzəffəroğlu, Əli Vəliyev küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
10:16
1 183
21 Avqust 20:36
798
21 Avqust 19:25
798