21 Avqust 13:24
21 Avqust 12:17
21 Avqust 11:44
9 İyun 08:36
1 862
Ağdamda yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb.
Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.
Onlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
21 Avqust 20:36
756
21 Avqust 19:25
770
21 Avqust 18:46
784